Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Azərbaycanda "patı"nın qiyməti təxminən 10 manatdan başlayır

“Narkotik istifadəçisinin iradəsi yoxdursa, müalicənin effekti olmur”.

RegionTV.info  xəbər verir ki, bunu Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, hazırda ölkədə metamfetamindən (“patı”) zəhərlənənlərin sayı artıb: “Bu əsasən nəfəs yolu ilə bədənə daxil olur və qana keçir. “Patı” qəbulundan sonra beyində 1000%-dən çox depomin hissi artır. Ona görə də beyində tez bir şəkildə gerindönmə fəsadları meydana çıxarır. Bu gün ağ-şəffaf kristallar, şüşə qırıntısına oxşayan növlər yayılıb. Problem narkotikin ucuzluğu ilə əlaqəlidir. Metamfetaminin sintezi çox asandır. Kimyəvi biliyi olan bunu hətta evdə də təşkil edə bilir”.

İ.Əfəndiyev söyləyib ki, metamfetaminlərin sintezi üçün maddələri əldə etmək də çətin deyil: “Ölkədə satılan “patı”nın qiyməti təqribən 10 manatdan başlayır. Bununla da təxmin etmək olar ki, ölkə daxilində “patı” qeyri-leqal laboratoriyalarda sintez edilir. Toksinlər dəri vasitəsilə xaric edildiyi zaman dəridə yaralar və cızıqlar inkişaf edir. Digər fəsadları isə ağızda yaralar və dişlərin tökülməsi, diş ətinin yarasıdır. “Patı” qısa müddət ərzində şəxsi əlil vəziyyətinə gətirib çıxarır. Bundan istifadə edən uşaqların qısa müddətdə bütün bədənləri pis hala düşür”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də