Ermənistanın Lori vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki erməni hərbçi yaralanıb.
RegionTV.info xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.
Bildirilib ki, hadisə iyulun 28-də yerli vaxtla sərhər saatlarında Spitak-İrəvan avtomobil yolunun 9-cu km-liyində baş verib.
Məlumata görə, Şirak vialayətinin sakini, 30 yaşlı sürücü Mqer Qriqoryanın idarə etidiyi BMW markalı avtomobil hərəkətin əks istiqamətindəki zolağa çıxaraq bir neçə dəfə aşıb. Nəticədə nəqliyyat vasitəsindəki 34 yaşlı Artyom Akopyan və sürücü yaralanıb.
Hər ikisi müqavilə əsasında Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edir.
Xəbəri paylaş