Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (“patı”) dünyasını dəyişib.
RegionTV.info-nun məlumatına görə, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.
O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.
İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.
Xəbəri paylaş