Xızı rayonunda 33 yaşlı kişini ilan sancıb.
RegionTV.info-nun məlumatına görə, bədbəxt hadisə Fındığan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Qüdrət Ələskər oğlu Əkbərovu ilan sancıb. Ona Xızı Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib və daha sonra vəziyyəti ağır olduğundan Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş