Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının Heydər Əliyev prospektində bordür inşa edilib

Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi ilə paytaxtın Heydər Əliyev prospektinin əsas yolunun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.

RegionTV.info  xəbər verir ki, bu barədə BNA-dan bildirilib.

Məlumata görə, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir. 2019-2021-ci illər ərzində Heydər Əliyev prospekti “Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də