Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Saatlıda toy qaydalarını pozan şəxs müəyyən olunub

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

RegionTV.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və mövcud qaydalara ciddi riayət etməsi tapşırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də