Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TBMM sədri: “Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq istiqamətində də addımlar atılır”

“Şuşa bəyənnaməsi” Türkiyə-Azərbaycan əlaqələrini fərqli mühitə apardı. İlk addım olaraq Azərbayca-Türkiyə- Pakistan parlamentləri arasında üçüntərəfli görüş keçirdik”.

RegionTV.info  xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mühabirədən sonra bir çox anlaşmalar əldə edilib: “Hərbi sahədə əməkdaşlıq edilməsi istiqamətində də addımlar atılır”.

M.Şentop Kabil hava limanı ilə bağlı məsələyə də münasibət bildirib: “Əfqanıstanda yaşayanlar bizim din qardaşlarımızdır. Əfqanıstanda hadisələr yara halını alıb. Orada yaşayan xalqlar və qonşu ölkələr üçün sülhün əldə edilməsi önəmlidir. Kabil hava limanı dünya ilə əlaqələr baxımından önəmlidir. Türkiyə orada təhlükəsizliyin təmin edilməsi baxımından daim addımlar atır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də