Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilir.
RegionTV.info-nun məlumatına görə, Heydər Aliyev Mərkəzində YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasında ikitərəfli əməkdaşlıq protokoluna müvafiq olaraq konfrans təşkil edilib.
Konfransdan öncə umummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Qeyd edək ki, tədbirdən sonra AKP sədrinin I müavini Numan Kurtulmuşun və YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə səfərin yekunlarına dair birgə mətbuat konfransı da olacaq.
Xəbəri paylaş