
RegionTV.info xəbər verir ki, Suqovuşanda bu gün aparılan axtarışlar zamanı Ermənistan ordusunun itkin düşmüş hərbçisinin müharibədə məhv edildiyi məlum olub. Hərbçinin meyiti Ermənistana aparılıb. Onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.
Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qalıqları tapılan itkin erməni hərbçilərin sayı 1 616 nəfərə çatıb. Qeyd etdiyimiz kimi, bu göstərici yalnız əvvəllər itkin hesab edilən hərbçilərin sayıdır. Ermənistan rəhbərliyi müharibədəki itkilərinin ümumi sayını hələ də gizli saxlayır.