
RegionTV.info xəbər verir ki, belə çağırışla Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan çıxış edib.
Nazirliyin nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələdə şəffaf və məsuliyyətli mövqe tutmalı, COVID-19 mənbəyini müəyyənləşdirməyə imkan vermək üçün ÜST-ün ekspertlərini Fort-Detrik laboratoriyasına dəvət etməlidir. Həmin laboratoriya ABŞ-ın 1943-1969-cu illərdə bioloji silah üzrə proqramının mərkəzi olub.
O, qeyd edib ki, ABŞ COVID-19-a ən çox yoluxmanın olduğu ölkədir.
"Əgər laboratoriyalar barəsində araşdırma aparmaq lazımdırsa, ÜST (ekspertlər-red) Fort-Detrikə yola düşməlidir", - Çjao Liszyan deyib.
Qeyd edək ki, Çin ÜST-ün koronavirusun mənşəyinin araşdırılmasının ikinci mərhələsinə qarşı çıxıb.