NATO Əfqanıstana dəstəyini davam etdirəcək.
RegionTV.info xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq özünün tvitterdəki səhifəsində yazıb.
Təşkilatın rəhbəri bildirib ki, Əfqanıstan prezidenti Əşrəf Qani ilə danışıqlar aparıb.
O, qeyd edib ki, NATO Əfqanıstana dəstəyini maliyyələşmədə, xarici təlimdə davam etdirəcək.
NATO rəhbərinin sözlərinə görə, Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət mürəkkəb olaraq qalır və danışıqlar yolu ilə həll tələb edir.
Xəbəri paylaş