Rusiya Federasiyasının Kareliya Respublikasındakı Azərbaycan diasporunun rəhbəri Akif Quliyev 62 yaşında vəfat edib.
RegionTV.info-nun məlumatına görə, Akif Nəcəf oğlu Quliyev koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Akif Quliyev Rusiya Federasiyasının Kareliya Respublikasında fəaliyyət göstərən "Odlar yurdu" Regional Azərbaycan milli - mədəni muxtariyyətinin sədri, Kareliya Respublikası hökuməti yanında Məsləhət Şurasının üzvü olub.
Xəbəri paylaş