
RegionTV.info xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "HaberGlobal" televiziyasına eksklüziv müsahibəsində deyib.
O, Qarabağda yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə qarşı erməni vandallığını kəskin pisləyib: "Şuşada vəziyyət müəyyən qədər normaldır. Ancaq digər işğaldan azad edilmiş rayonlardakı acınacaqlı vəziyyət ermənilərin özlərini dünya ictimaiyyətinə sülhsevər kimi təqdim etmək niyyətini puça çıxarır".
M.Şentop Şuşaya səfərinin məqsədini də açıqlayıb: "Bizim niyyətimiz dünyanın diqqətini Azərbaycanın azad edilmiş ərazilərinə çəkmək və həqiqətləri görməsinə nail olmaqdır".