Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Novo-Saratovka kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

RegionTV.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına kiçik toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də