Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə iki nəfəri ildırım vurdu

Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

RegionTV.info  xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də