Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balakəndə karantin qaydalarını pozan toy sahibləri cərimələnib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mahamalar və Tülü kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı toy sahibləri inzibati məsuliyyətə cəlb edilib və onların hər biri 400 manat cərimələnib.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də