Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hindistanda leysan nəticəsində ölənlərin sayı 190 nəfəri ötüb

Hindistanın qərbindəki Maharaştra əyalətində son 5 gün ərzində yağan güclü musson yağışları və sel səbəbindən ölənlərin sayı 192 nəfərə çatıb. Dünən daha 28 nəfərin meyiti aşkarlanıb.

RegionTV.info  xəbər verir ki, bu barədə ştat hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, azı 48 nəfər xəsarət alıb, daha 25 nəfər itkin düşmüş hesab olunur. İndiyədək təbii fəlakətin zərər vurduğu rayonlardan 229 074 nəfər təxliyə olunub.

Musson yağışları Maharaştra əyalətinin qərb dairələrində, o cümlədən ştatın paytaxtı olan Mumbay şəhərində selə, sürüşmələrə və dağıntılara səbəb olub. Ötən həftə ərzində ştatın bəzi rayonlarında 600 mm-dək yağıntının düşdüyü bildirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də