Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan iyulun 27-də Moskvaya uçub.
RegionTV.info xəbər verir ki, məlumatı “168.am” saytı yayıb.
Bildirilib ki, o, səfər çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.
İyulun 26-da Rusiya Müdafiə Nazirliyi Şoyqu ilə Karapetyan arasında telefon danışığının olduğunu bildirmişdi. Həmin danışıqda regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraqlar müzakirə edilib.
Xatırladaq ki, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 20-də Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini təyin edib. Müdafiə naziri Vaqarşak Arutyunyan iyulun 20-də bu vəzifədən azad olunub. Hazırda Karapetyan onun da səlahiyyətlərini icra edir.
Avqustun 3-də Ermənistan parlamentinin yeni tərkibdə ilk toplantısı keçiriləcək. Həmin iclasda Ermənistanın Baş naziri və Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənəcəyi gözlənilir. Ona görə də Karapetyanın müdafiə naziri kimi təsdiqlənəcəyi ehtimal edilir. Səfər çərçivəsində onun uyğun testdən keçəcəyi, yaxud Rusiyanın xeyir-duasını alacağı istisna olunmur.
Xəbəri paylaş