Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində ölən Ermənistan hərbçisi Sarkis Qriqoryanın intihar etdiyi məlum olub.
RegionTV.info xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.
Hadisə iyulun 26-da yerli vaxtla axşam saat 22-də baş verib. S.Qriqoryan döş qəfəsinin sol nahiyəsindən güllə yarası alıb. Nəticədə o ölüb.
19 yaşlı hərbçinin intihar faktı ilə bağlı cinayət işi açılıb.
***10:02
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində Ermənistan ordusunun 19 yaşlı hərbçisi ölüb.
RegionTV.info xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, 2002-ci ildə anadan olan Sarkis Qriqoryan qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş