Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda satıcısı yatan marketdən oğurluq edilib

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.

RegionTV.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs marketə daxil olub satıcının yatmasından istifadə edərək kassada olan pulları oğurlayıb və daha sonra hadisə yerindən yayınıb.

Oğurluq edən şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitə ilə də lentə alınıb.

Zərərçəkən şəxs hadisə barədə xəbər tutandan sonra ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Babayev saxlanılıb.

O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də