Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi son gün ərzində ölkədə koronavirusa 29 689 yeni yoluxma faktı qeydə alıb.
RegionTV.info xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib. Bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 31 milyon 440 min 951 nəfərə çatıb.
Məlumatda bildirilir ki, martın 17-dən indiyədək ilk dəfə olaraq gündəlik yoluxma sayı 30 min nəfərdən aşağı düşür.
Son gün ərzində ölkədə həyatını itirən koronavirus xəstələrinin sayı 415 nəfər artaraq, 421 min 382 nəfərə çatıb. Son gün ərzində sağalanların sayı isə 42 min 363 nəfər olub. Bununla da, ölkədə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 30 milyon 621 min 469 nəfərə çatıb.
Xatırladaq ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.
Xəbəri paylaş