Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Enerji içkiləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Qida Təhlükəsizliyi Agentliyi son zamanlar cəmiyyətdə, xüsusən idmançılar arasında daha çox istifadə edilən enerji içkiləri ilə bağlı açıqlama yayıb.
 
RegionTV.info  xəbər verir ki, agentlik gəncləri, o cümlədən, idmançıları bu içkilərdən istifadə etməməyə çağırıb.
 
Həmçinin, bəzi televiziya kanallarına da enerji içkilərini təşviq edən hər hansı reklamdan çəkinmək tövsiyə edilib.
 
“Enerji içkisi istehlak etməklə, “Biz daha yaxşı fiziki gücə malikik” təəssüratı yaratmaq istehlakçıya verilmiş yanlış mesajdır.
 
Tövsiyə edirik ki, tanınmış idmançılarımız bu tip enerji içkilərinin reklamında ehtiyatlı olsunlar.
 
Televiziya kanallarına da tövsiyəmiz ondan ibarətdir ki, KİV, ümumiyyətlə, idman verilişlərində, idman tədbirlərində enerji içkilərinin istehlakını təşviq edən hər hansı reklamdan istifadə etməsinlər”, - AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov İctimai Televiziyaya açıqlamasında deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də