Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı artıb

Bu ilin I yarısında Gürcüstan Azərbaycandan 505 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

RegionTV.info  xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4% çoxdur.

Yanvar-iyunda qonşu ölkə ümumilikdə 1706,1 milyon kilovatt/saat elektrik enerjisi tədarük edib ki, bunun da 29,6 %-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstanın əsas elektrik enerjisi təminatçısı 1039,9 milyon kilovatt/saatla Rusiya olub.

İlin ilk yarısında Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 48,2 milyon kilovatt/saat elektrik enerjisi tranzit olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də