Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb edilib

Goranboyda toy mərasimi zamanı karantin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

RegionTV.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Tapqaraqoyunlu və Borsunlu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar ediblər.

Araşdırmalar zamanı məlum olub ki, hər iki ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də