Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Fətəlikənd kənd sakini İsmayıl Bayramovun və Şirinbəy kənd sakini Rəhman Şakirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Xəbəri paylaş