Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan bunu edərsə, itkilər verməyə davam edəcək - XƏBƏRDARLIQ

"Azərbaycan tərəfi törədilmiş təxribatlara qarşı adekvat addımlar atır. Atəşkəsin pozulmasına görə bütün məsuliyyəti Ermənistan dövləti daşıyır".
 
RegionTV.info-nun  xəbərinə görə, bunu Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.
 
Hərbi ekspert qeyd edib ki, Azərbaycan ordusu atəş açan mövqeləri cavab atəşi ilə susdurur:
 
"Bu cür hadisələr Azərbaycanın öz sərhəddini bərpa etməyinə qarşı atılmış bir addımdır. Özlərinə xas olan formada sərhəddə gərginlik yaradırlar. Həm beynəlxalq qurumların, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin diqqətini cəlb etmək istəyirlər. Vətən müharibəsindən əvvəl sərhəd yox idi, çünki işğal etmişdilər. İndi isə Azərbaycan ərazi bütövlüyünü bərpa edib və 1976-ci ildə tərtib edilmiş xəritə əsasında coğrafi sərhədlərini müəyyənləşdirir. Azərbaycanın bir hissəsi işğal altında olduğu üçün o ərazilərdə dövlət sərhəddi qura bilməmişdik. İndi biz həmin o sərhəddi qururuq. Ancaq Ermənistan hər zaman olduğu kimi bu prosesə mane olmaq istəyir. Ermənistan dövləti hakimiyyətdə kimin olmağından aslı olmayaraq fərqli ölkələrin aləti olub. Hər zaman həmin təsir qüvvələrinin sifarişini yerinə yetiriblər. Bütün proseslər Azərbaycan Ordusunun nəzarəti altındadır və ordumuz bütün vəzifələrini yerinə yetirir. Dövlət sərhəddimizi həm qoruyur, həm də yenidən qururlar”.
 
Ş.Ramaldanov bildirib ki, Ermənilər bu cür təxribatlar yaratmaqla öz başlarına bəla yaradırlar:
 
"Azərbaycan bütün bu təxribatlara cavab verəcək gücdədir. Azərbaycanın tək fikri qonşu dövlətlər ilə sülh içində yaşamaqdır. Biz erməniləri öz torpaqlarımızdan qovsaq da, onlar öz çirkin niyyətlərindən əl çəkmir. Bundan sonra atəşkəsin pozulması halları istisna olunmur. Azərbaycan ordusunun bölmələri hər şeyi nəzarətdə saxlayır və adkevat cavab tədbirləri görür. Təəssüflər olsun ki, bu təxribatlar nəticəsində şəhidlərimiz də olur. Bundan sonra sərhəddə təhlükəsizlik məsələlərinə daha çox diqqət ediləcək. Azərbaycan Ordusu şəhidimizin qanını yerdə qoymadı. Ermənistan tərəfi 3 yaralıları olduğunu açıqladılar. Yəni, ordumuz istənilən təxribatın cavabını verir və bundan sonrada bu cür çirkin halların qarşısını alacaq. Ermənistan tərəfi belə təxribatlar törətməyə davam edərsə, bundan sonra da itkilər verməyə davam edəcək”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də