Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xudatda minik avtomobili at arabasını vurub, xəsarət alanlar var

Xudatda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun  məlumatına görə, hadisə şərti olaraq “İkinci şöbə” adlanan yerdə qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan at arabasını vurub. Nəticədə arabada olan Xudat qəsəbəsi sakini, 1961-ci il təvəllüdlü, Məhəmməd Cəfərağa oğlu Xalıqov və Quba rayonunun Vladimirovka kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Rüstəm oğlu Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də