Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaçmazda 37 yaşlı sürücü qəza törədərək xəsarət alıb

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

RegionTV.info-nun  məlumatına görə, hadisə şəhərin Qələbə küçəsində qeydə alınıb.

Belə ki, sürücü, 1984-cü il təvəllüdlü Ruslan Adil oğlu Qubatov motosikletə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı müxtləlif xəsarətlər alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də