Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda avtoqəza zamanı sürücünün qolu üzüldü - DƏHŞƏT

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

RegionTV.info-nun  məlumatına görə, hadisə Gülövşə kəndi istiqamətindən keçən magistral yolda baş verib.

Hadisə zamanı "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü ağır xəsarət alıb, onun bir qolu üzülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, həmin sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də