RegionTV.info
İyulun 25-də Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun dəstəyi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) təşkilatçılığı ilə Bakıda turizm bələdçiləri üçün keçirilən təlimlər başa çatıb.
Bu barədə ATB-dən məlumat verilib.
Turizm bələdçilərinin texniki peşə biliklərinin beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi məqsədini daşıyan təlimlər Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) ilə birgə həyata keçirilib.
Təlim proqramını rus və ingilisdilli qruplara bölünən 22 iştirakçıya Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının aparıcı təlimçisi İvana Curuvija və beynəlxalq təlimçi Səkinə Əsgərova tədris edib.
Təlim çərçivəsində iştirakçılara 28 May, Nizami və Xaqani küçələri üzrə gəzinti turu, Neftçilər və Heydər Əliyev prospektləri, Üzeyir Hacıbəyov və Yusif Səfərov küçələri üzrə avtobus turu, həmçinin Şirvanşahlar saray kompleksində məkan turu formalarında praktik və nəzəri biliklər tədris olunub.
İyulun 17-dən başlayan təlimlərdə turizm bələdçilərinə, həmçinin beynəlxalq standartlara əsaslanan peşə etikası, qrup psixologiyası, məhdud fəaliyyət qabiliyyətli turistlərlə iş, peşəkar tur planının tərtibatı kimi istiqamətlər üzrə məlumatlar verilib.
Xəbəri paylaş