"Azərbaycanla Serbiya Bakı və Belqrad arasında birbaşa reyslərin açılması imkanını nəzərdən keçirir".
RegionTV.info-nun məlumatına görə, bu barədə Serbiya XİN rəhbəri Nikola Selakoviç Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında Belqrada gözlənilən səfəri haqqında danışarkən bildirib.
“Azərbaycan və Serbiya prezidentlərinin görüşü zamanı bir sıra sənədlərin imzalanması, vacib razılaşmaların müzakirəsi baş tuta bilər. Bu sırada vizaların liberallaşdırılması və Bakı-Belqrad, Belqrad-Bakı reyslərinin açılması mövzuları da var. Bu, iqtisadiyyat və turizm sahəsində əməkdaşlığımızın inkişafına təkan verə bilər”, - Selakoviç qeyd edib.
Xəbəri paylaş