Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

TƏBİB koronavirusa yoluxan şəxslərin necə immun sertifikatı alacağını açıqlayıb

“Azərbaycanda bu gün könüllü olaraq 4 vaksin növündən istifadə olunur. Bütün vaksinləri Bakıda vurdurmaq olar”.

RegionTV.info  xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün regionlarda hətta səyyar şəkildə “Sinovac”, bəzi yerlərdə “Aztrazeneca” vaksinindən də istifadə olunur: “Yaxın zamanlarda digər ərazilərdə də bütün vaksin növlərinin isifadəsi əlçatan olacaq. Səyyar vaksinasiya vasitəsilə 62 mindən çox peyvənd vurulub”.

Y.Qarayeva bildirib ki, bu gün ölkədə xəstəliyi keçirən şəxslər 6 aydan sonra bir doza vaksin vurdurub immun sertifikatı ala bilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də