Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilən torpaqlarımızı azad etmək üçün hər gün rəşadətlə irəliləyir.
Böyük məğlubiyyətə uğrayan düşmən, türk dronlarının qorxusundan artıq döyüş meydanında əsgərlərini saxlaya bilmir. Düşmən ölkə bu dəfə daha bir həyasız addım atmağa cəhd edərək NATO-dan Qarabağda bu dronlardan istifadə edilməməsini istəyib.
Xatırladaq ki, 27 sentyabrdan başlayaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı davam edir. Ermənistan bununla yanaşı hümanitar atəşkəsin tələblərinə də riayət etmir və mülki şəxslərimizi qətlə yetirməkdə davam edir.