Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DYP pərdəyə görə 150 manat cərimə yazdı - Sürücü şikayət etdi...

DYP pərdəyə görə 150 manat cərimə yazdı - Sürücü şikayət etdi...


Cəlilabad rayon sakini Qasımov Elşən Elçin oğlu Qaradağ rayon DYP Yol patrul xidməti inspektronun ona haqsız yerə cərimə yazdığını idda edir.

E.Qasımov açıqlamasında idarə etdiyi 99-MV-266 dövlət nömrə nişanlı “Ford” markalı avtomobiliylə “Meyvəli” bazarına daxil olarkən Yol patrul xidmətinin inspektoru, polis serjantı Mahmudov Orxan İlham oğlunun idarə etdiyi 99-YP-257 xidməti avtomobili ilə onu saxladığını bildirib:
“Polis əməkdaşı mənim avtomobilimi saxladıqdan sonra özünü belə təqdim etmədən pərdəyə görə mənə cərimə yazacağını bildirdi. Mən isə dedim ki, bu plyonka yox, adi pərdədir və bu gün bütün sürücülər bundan istifadə edir. Heç kim pərdəyə görə cərimə olunmur. Mən polis əməkdaşıyla söhbətimdən sonra dərhal pərdələri sökdüm. Lakin inspektor mənə 150 manat cərimə yazdı və mən razılaşmadığım üçün heç protokolu da imzalamadım. Məsələylə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə şikayət etdim.
Sürücü deyir polis əməkdaşı onu avqustun 1-də saxlasa da, protokolu 31 iyul tarixinə yazıb:
“31 iyulda mən “Meyvəli” bazarında olmamışam. Polis əməkdaşı məni 1 avqust saat 15:56 radələrində saxladı. Lakin protokolu 31 iyul tarixinə yazıb. Bunun özü axı cinayətdir. Mən sizdən xahiş edirəm məsələ araşdırılsın”.

Məsələylə bağlı yol nəqliyyatı üzrə ekspert, hüquqşunas Ərşad Hüseynova müraciət etdik.

Ə.Hüseynov bu gün bir çox sürücülərin buna görə cərimə olunduğunu bildirdi:

“Əslində sürücünün buna görə cərimə olunması düzgündür. “Ford” markalı avtomobilə heç bir pərdə və ya plyonka vurmaq olmaz. Bu gün bir çox yük maşınları bu cür pərdələrdən istifadə edir və bu isə yolverilməzdir. Buna görə də pərdənin cəriməsi 150 manatdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də