Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacıqabulda toya görə restoran 4 min manat cərimələnib

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Qədir Xum" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, restoranın inzibatçısı E.Şəmsədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək 100 nəfər qonağın iştirak etdiyi məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı restoranın inzibatçısı 4 000 manat məbləğində cərimə olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Abdulabad, Ağacanlı, Atbulaq, Qarasu və Talış kəndlərində də beş fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi aşkarlanıb.

Həmin toy məclislərinin sahibləri də inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də