Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.
RegionTV.info-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Xəbəri paylaş