Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əfqanıstanda "Taliban"ın son aylardakı hücumları nəticəsində 1 659 dinc sakin ölüb

ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra “Taliban” qruplaşmasının fəallaşması nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların sayı artıb.

RegionTV.info  xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə missiyasının hesabatında bildirilib.

Hesabata əsasən, “Taliban” qruplaşmasının may ayındakı hücumları nəticəsində 1 659 dinc sakin ölüb, 3 254 mülki vətəndaş yaralanıb. Bu isə 2020-ci ilin uyğun dövrü ilə müqayisədə 47 faiz çoxdur.

Məlumata görə, son günlər qruplaşma azı 43 dinc sakini qətlə yetirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də