
RegionTV.info xəbər verir, məlumatı “Anadolu” agentliyi yayıb.
Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.
Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.
İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.