ABŞ-da toz burulğanı 20 avtomobilin toqquşmasına səbəb olub, ölənlər var
Tarix: 26-07-2021, 11:31 Xəbərə baxış: 90
ABŞ-ın Yuta ştatında toz burulğanına məruz qalmış 20 avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, bir neçə şəxs xəsarət alıb.
RegionTV.info xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Xəsarət alanlardan bəziləri “ağır vəziyyətdə” xəstəxanaya yerləşdirilib.