Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı Evoğlu, Seyidimli, Hacıqərvənd, Qaradağlı və Hüsənli kəndlərində yerləşən 5 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 5 nəfər barəsində İnzibatə Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Xəbəri paylaş