Bakının bəzi küçə və prospektlərində tıxac var.
RegionTV.info xəbər verir ki, bu barədə oxu.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Belə ki, Bakı–Sumqayıt şosesi – Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şose boyunca, 20 Yanvar dairəsi adlanan istiqamət üzrə çox güclü sıxlıq müşahidə olunur.
Eləcə də Tbilisi prospekti - əsas yol və köməkçi yol (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində);
Qara Qarayev prospekti – əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində);
Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqaməti;
Alı Mustafayev küçəsi – əsas yol (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq müşahidə olunur.
Xəbəri paylaş