
RegionTV.info-nun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
“Opel” markalı avtomobil əvvəlcə “Audi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Audi” yolayrıcı betona çırpılaraq əks yola çıxıb. Bu zaman “Audi”-nin sürücüsü sükana nəzarəti itirib. Bu zaman “Daewoo” və “VAZ 2106” markalı avtomobillər “Audi”-yə çıtpılıb.
Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.