Malinin müvəqqəti prezidenti Assimi Qoitaya qarşı sui-qəsd cəhdinə görə tutulan şəxs xəstəxanada ölüb.
RegionTV.info xəbər verir ki, bu barədə “ORTM” milli telekanalı hökumətin açıqlamasına istinadən məlumat yayıb.
Açıqlamada bildirilib: “İyulun 20-də Böyük Bamako Məscidində ölkənin müvəqqəti prezidenti polkovnik Assimi Qoitaya edlən hücumdan sonra dövlətin təhlükəsizliyi xidməti tərəfindən zərərsizləşdirilən şübhəli şəxsə qarşı cinayət işi açıldı. Sui-qəsdə cəhd zamanı yaralanan şübhəli şəxs xəstəxana yerləşdirildi. Təəssüf ki, o xəstəxanada öldü”.
Qeyd edək ki, hadisə sözügedən məsciddə Qurban Bayramı münasibətilə qılınan namaz zamanı törədilib. Naməlum şəxs Qoitanı arxadan vurmağa çalışıb, lakin başqa birini yaralayıb. Xüsusi xidmət orqanları təcavüzkarı tutaraq zərərsizləşdirməyi bacarıb. Goita hadisədən az sonra yaxşı olduğunu bildirib.
Səlahiyyətli orqanlar ölüm səbəbini araşdırmaq üçün meyitin yarılmasına göstəriş verib.
Xəbəri paylaş