Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə bu gün səhər saatlarında, köhnə Ələt-Astara magistral yolun Arbatan kənd avtomobilinin kəsişdiyi ərazidə qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynov Mübariz Əflatun oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş