Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şirvanda anası ölən gənc həkimlərə əsəbləşib xəstəxananın şüşələrini sındırdı

Şirvan xəstəxanasında xoşagəlməz hadisə baş verib.

RegionTV.info
-nun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov İmran Məmmədağa oğlu insult keçirmiş anasını xəstəxanaya gətirib və anası xəstəxanada dünyasını dəyişib.

Sonra M. Zeynalov xəstəyə həkimlər vaxtında müdaxilə etmədiyi üçün xəstəxananın qapı və pəncərələrin şüşəsini sındırıb.

Əldə etdiyimiz məlumata görə, artıq bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də