RegionTV.info
Bakıda dəhşətli qətl hadisəsi törədilib. Kişi bir neçə bıçaq zərbəsi ilə həyat yoldaşını öldürüb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
Binə qəsəbəsində gözəllik salonunda işləyən qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə yeni yaşayış massivi adlanan ərazidə qeydə alınıb.
Meyxoş Cəfərov hadisəni törərdikdən sonra qaçmağa cəhd edib. Lakin o, ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb. Cinayəti törədən şəxs Xəzər rayon prokurorluğuna təhvil verilib.
Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən Xatirə Fərəcova gözəllik salonunda işləməyə yeni başlayıb. Onunla salonda birgə çalışanlar da hadisənin təfərrüatlarından xəbərsizdirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmü maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Xəbəri paylaş