RegionTV.info
Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Yarışın dördüncü günündə 21 dəst mükafat sahibini tapacaq.
İyulun 26-da Azərbaycan millisinin 6 üzvü mübarizə aparacaq. Onlardan beşi yarışa start verəcəksə, stend atıcısı Emin Cəfərov təsnifat mərhələsini davam etdirəcək. Təmsilçilərimizin hamısı medal uğrunda yarışı bir gündə tamamlayacaq.
Yığmamızın bayraqdarı Rüstəm Orucov cüdoda bayrağımızı dalğalandırmağa çalışacaq. Digər bayraqdarımız Fəridə Əzizova və Milad Beiqi Harçeqani də medal əldə etməyə namizədlərdir.
Triatlonçu Rostislav Pevtsov da yarışın favoritləri arasında göstərilir. Anna Baştaya böyük ümidlər bağlanılmır. Emin Cəfərov isə təsnifat mərhələsinin ilk günündən sonra yalnız möcüzəyə ümid edə bilər.
26 iyul
01:30. Triatlon. Kişilər. Rostislav Pevtsov
04:55. Qılıncoynatma, qadınlar, sablya. 1/16 final. Anna Başta - Anna-Yelizabet Ston (ABŞ)
05:00. Stend atıcılığı. Kişilər, skit. Təsnifat mərhələsi, 2-ci gün. Emin Cəfərov
05:30. Taekvondo, qadınlar. 67 kq, 1/8 final. Fəridə Əzizova – Peyc Makferson (ABŞ)
06:00. Cüdo, kişilər. 73 kq. 1/16 final. Rüstəm Orucov – Musa Moquşkov (Rusiya)
07:15. Taekvondo, kişilər. 80 kq, 1/8 final. Milad Beiqi Harçeqani - Vey-Tinq Liu (Çin Taypeyi)
Xəbəri paylaş