Xorvatiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, Almaniyadan Priştinaya gedən sərnişin avtobusu Xorvatiyanın Slavonski-Brod şəhərində idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə yuvarlanıb. Qəzaya səbəb isə sürücünün sükan arxasında yatması olub.
Xorvatiyanın səhiyyə naziri Villi Broş bildirib ki, yol qəzasında 10 nəfər həyatını itirib: “44 yaralı xəstəxanaya aparılıb. Onlardan 15-nin vəziyyəti ağırdır”.
Xorvatiya prezidenti və baş naziri Zoran Milanoviç və Andrey Plenkoviç həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veriblər. Nazirlər Kabinetinin rəhbəri xəstəxanada yaralılara baş çəkib.
Xəbəri paylaş