Daşkəsən rayonunda toy mərasimində qətl törədilib.
RegionTV.info xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Alaxançallı kəndində baş verib.
Kəndin köhnə və istifadə olunmayan stadionunda toy təşkil edilib.
Toyda baş verən münaqişə zamanı qonaqlardan biri - 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs oradan qaçıb və hazırda onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş