Bakının bütün restoranlarında polis və aidiyyəti dövlət qurumları tərəfindən monitorinqlər davam etdirilir.
RegionTV.info xəbər verir ki, bu gündən başlayaraq polis əməkdaşları tərəfindən restoranlarda keçirilən toy mərasimlərinə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Monitorinqlərdə Bakı Şəhər İcra Hakimiyyəti və ərazi icra hakimiyyəti nümayəndələri də iştirak edib.
COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Məlumatı DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
Xəbəri paylaş